• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident buğdanın istehsal dinamikasından narazıdır

Prezident buğdanın istehsal dinamikasından narazıdır
25.05.2026 16:21

Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafında müşahidə olunan durğunluq hökuməti narahat edir və bu sahə üzrə yeni Dövlət Proqramı hazırlanaraq qəbul ediləcək. Bunu Prezident İlham Əliyev bildirib. 

Prezidentin sözlərinə görə, proqram həm yerli, həm də xarici investorlar üçün mesaj xarakteri daşıyır və özəl sektorun kənd təsərrüfatının inkişafında rolu artırılmalıdır.

“Biz həm güzəştli kreditlərdən, həm də digər mexanizmlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatına daha böyük həcmdə sərmayə qoymasına nail olaq”, - Əliyev deyib.

O qeyd edib ki, hökumət eyni zamanda xarici investorları da kənd təsərrüfatı sektoruna cəlb etməyə çalışır.

Prezident bildirib ki, ölkədə buğda üzrə özünütəminetmə səviyyəsi hazırda 55% təşkil edir və bu göstərici uzun illərdir artmır.

“Bu, qəbuledilməz rəqəmdir və mütləq artmalıdır”, - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda daxili buğda istehsalı 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min ton təşkil edir.

Prezident qeyd edib ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında mühüm rol oynasa da, buğda istehsalı üzrə göstəricilər hələ də istənilən səviyyəyə çatmayıb.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol