• $
  • €
  • ₽
  • ₺
  • £

Son beş ildə heyvanların sayında azalma var - Nazir

Son beş ildə heyvanların sayında azalma var - Nazir
25.05.2026 16:44

Azərbaycanda son beş ildə heyvanların sayında azalma müşahidə olunsa da, ət istehsalı və adambaşına düşən ət istehlakı artıb. Bununla yanaşı, daxili istehsal artan tələbatı tam qarşılaya bilmədiyindən ölkədə ət idxalında da yüksəliş qeydə alınıb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Nazirin sözlərinə görə, heyvandarlıq sahəsində əsas problemlərdən biri məhsuldarlığın aşağı səviyyədə qalmasıdır. O qeyd edib ki, hazırda ölkədə sürülərdə cins heyvanların payı cəmi 2,5 faiz təşkil edir ki, bu da məhsuldarlığın ciddi şəkildə artırılmasına imkan vermir.

Məcnun Məmmədov bildirib ki, həm süd, həm də ət istehsalında ekstensiv təsərrüfatların inkişaf potensialı artıq tükənmək üzrədir və son beş ildə müşahidə olunan artım əsasən intensiv təsərrüfatların hesabına baş verib. Bununla belə, ölkədə intensiv təsərrüfatların sayı hələ də azdır və onların artırılmasına ehtiyac var.

Nazir vurğulayıb ki, intensiv heyvandarlıq məhsuldarlıq baxımından daha yüksək nəticələr verir. Onun sözlərinə görə, ailə təsərrüfatlarında yerli cins bir inəkdən ildə orta hesabla 1800 litr süd əldə olunursa, intensiv təsərrüfatlarda bu göstərici bir inək üzrə 7500 litr təşkil edir. O əlavə edib ki, bəzi təsərrüfatlarda bu rəqəm 10-12 min litrə qədər yüksəlir.

Məcnun Məmmədov qeyd edib ki, oxşar məhsuldarlıq fərqi mal əti istehsalında da müşahidə olunur və bu səbəbdən heyvandarlıqda intensivləşmə gələcək inkişaf üçün əsas istiqamətlərdən biri hesab edilir

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol