• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınların maaşı kişilərin əməkhaqqının 69%-i səviyyəsindədir

Qadınların maaşı kişilərin əməkhaqqının 69%-i səviyyəsindədir
26.05.2026 12:03

Azərbaycanda qadınların orta aylıq əməkhaqqısı kişilərin orta maaşının 69,1%-nə bərabərdir. Bunu deputat Vüqar Bayramov deyib. 

Deputatın sözlərinə görə, bu göstərici qlobal miqyasda 77-80% civarındadır.

Bayramov qeyd edib ki, hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 min nəfərini qadınlar, 2 milyon 615 min nəfərini isə kişilər təşkil edir. İşçi qüvvəsində qadınların sayı 2 milyon 571 min nəfərə çatır.

Onun sözlərinə görə, qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan 722 min 147 qadından 242 min 801 nəfəri bu sahədə fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6%-ni təşkil edir.

Deputat bildirib ki, qadınların üstünlük verdiyi ikinci sektor səhiyyə və sosial xidmətlər sahəsidir. Bu istiqamətdə 116 min 976 qadın çalışır.

Bayramov əlavə edib ki, qadınların orta aylıq əməkhaqqısının ən yüksək olduğu sahə mədənçıxarma sənayesidir. Bu sektorda qadınların orta maaşı 2915 manat təşkil edir. Maliyyə və sığorta sektorunda bu göstərici 1813 manat, informasiya və rabitə sahəsində isə 1353 manatdır.

Onun sözlərinə görə, təhsil sektorunda çalışan qadınların orta aylıq maaşı 731 manat səviyyəsindədir.

Deputat qadın sahibkarların Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinə çıxış imkanlarının artırılması üçün kvotaların tətbiqini təklif edib.

Bayramov həmçinin qadınların pensiya kapitalına xüsusi əmsalların tətbiq olunmasını və tək qadınlara daha tez pensiyaya çıxmaq hüququnun verilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Deputat qeyd edib ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda qadınların iqtisadi imkanlarının genişləndirilməsi gender siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol