• $
  • €
  • ₽
  • ₺
  • £

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
28.05.2026 19:58

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə Azərbaycanın bəzi ərazilərində güclü külək, intensiv yağış və şimşək gözlənilir, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Nazirlikdən verilən məlumata görə, güclü külək zamanı vətəndaşlara yüngül konstruksiyalı tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, həmçinin elektrik xətləri və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

FHN bildirib ki, küləkli hava yanğınların söndürülməsini çətinləşdirə biləcəyindən yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir. Kiçikhəcmli gəmi istifadəçilərinə də belə hava şəraitində dənizə çıxmamaq tövsiyə olunub.

Nazirlik intensiv yağıntılar nəticəsində yarana biləcək sel və daşqın riski ilə əlaqədar təhlükəli ərazilərdən uzaq durmağı, təhlükə yaranacağı təqdirdə isə yaxınlıqdakı yüksəkliklərə çəkilməyi məsləhət görüb.

FHN həmçinin ildırım təhlükəsi zamanı elektrik cihazlarının şəbəkədən ayrılmasını, açıq havada elektrik xətləri və antenalara yaxınlaşmamağı, hündür ağacların altında sığınmamağı tövsiyə edib. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırıb təhlükə sovuşanadək gözləmələri məsləhət görülüb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol