• $
  • €
  • ₽
  • ₺
  • £

CIA-dan sonra general da Kubaya getdi

CIA-dan sonra general da Kubaya getdi
30.05.2026 14:31

ABŞ və Kuba arasında təhlükəsizlik məsələləri üzrə yüksəksəviyyəli hərbi təmaslar davam edir.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Cənub Komandanlığının rəhbəri general Frensis Donovan Kubanın Quantanamo bölgəsində yüksəkrütbəli Kuba hərbi rəsmiləri ilə görüş keçirib.

Görüş ABŞ ilə Kuba arasında münasibətlərdə gərginliyin davam etdiyi bir dövrdə baş tutub.

ABŞ hərbi dairələrinin yaydığı məlumata görə, general Donovanın rəhbərlik etdiyi nümayəndə heyəti Kuba Silahlı Qüvvələrinin nümayəndələri, o cümlədən, general Roberto Leqra Sotolonqo ilə əməliyyat təhlükəsizliyi və sərhəd məsələlərini müzakirə edib. Donovan həmçinin Quantanamodakı ABŞ hərbi-dəniz bazasında təhlükəsizlik yoxlamaları aparıb.

Kubanın xarici işlər naziri Bruno Rodriges isə ABŞ mediasında və siyasi dairələrində səsləndirilən iddialara cavab olaraq bildirib ki, Kuba heç vaxt ABŞ üçün milli təhlükəsizliyə təhdid olmayıb və olmayacaq.

Bundan əvvəl, mayın 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin rəhbərlik etdiyi nümayəndə heyətinin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Havanaya səfər etdiyi açıqlanmışdı.

Tərəflər görüşlərin məzmunu barədə ətraflı məlumat verməsələr də, hərbi və təhlükəsizlik kanalları üzrə dialoqun davam etdiyi vurğulanır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol