• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan BTC ilə neft nəqlini ildə 2,2 milyon tona qədər artırmağa hazırdır

Qazaxıstan BTC ilə neft nəqlini ildə 2,2 milyon tona qədər artırmağa hazırdır
01.06.2026 16:14

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri ilə neft nəqlini hazırkı 1,5 milyon tondan ildə 2,2 milyon tona qədər artırmağa hazırdır. Bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Qazaxıstan neft ixracı üçün mövcud olan bütün marşrutları nəzərdən keçirir, lakin Bakı–Supsa marşrutu ilə bağlı hələlik rəsmi danışıqlar aparılmayıb.

“İldə 1,5 milyon ton həcm planlaşdırılıb. Biz bu həcmləri artırmağa hazırıq”, – Akkenjenov Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə bildirib.

BTC ilə nəqlin hansı həddə qədər artırıla biləcəyi ilə bağlı suala cavab verən nazir bildirib ki, mövcud protokollarda nəzərdə tutulan 2,2 milyon tona qədər artım mümkündür.

“Protokolda nəzərdə tutulan 2,2 milyon tona qədər və daha çox artıra bilərik, – o deyib.

Akkenjenov əlavə edib ki, Aktau limanı vasitəsilə BTC istiqamətində ildə 7 milyon tona qədər neft daşınması üçün texniki imkan mövcuddur.

Nazir “Drujba” neft kəməri ilə bağlı vəziyyətə də toxunaraq bildirib ki, mövcud məhdudiyyətlər Qazaxıstandan asılı olmayan texniki səbəblərlə bağlıdır.

“Qazaxıstan texniki baxımdan nefti nəql etməyə hazırdır. Hər şey tərəfdaşlarımızdan asılıdır”, – Akkenjenov qeyd edib.

Onun sözlərinə görə, problemlər əsasən Almaniyanın Rostok limanının infrastruktur imkanları ilə əlaqədardır.

Nazir həmçinin bildirib ki, Qazaxıstan mayda neft hasilatı üzrə planı tam yerinə yetirib və nəzərdə tutulan göstəricilərə nail olub.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol