• $
  • €
  • ₽
  • ₺
  • £

ƏƏSMN: Bir çox kateqoriyadan olan uşaqlarla bağlı sosial ödənişlər həyata keçirilir

ƏƏSMN: Bir çox kateqoriyadan olan uşaqlarla bağlı sosial ödənişlər həyata keçirilir
01.06.2026 17:12

 

Azərbaycanda bir çox kateqoriyalardan olan uşaqlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə sosial ödənişlər həyata keçirilir.

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onların sırasına əlilliyi olan uşaqlar, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları daxildir: "Habelə əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlərə, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına, övladlığa və himayəyə uşaq götürənlərə aylıq sosial ödənişlər edilir. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir. Son 7 ildə ölkədə icra olunan 5 sosial islahat paketi çərçivəsində bu sosial ödənişlərdə də dəfələrlə artım baş verib".

Qeyd edilib ki, sosial dövlət olan Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində də fəal dövlət siyasətinə malikdir: "Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı uşaqların sosial müdafiəsinə, sağlam və firavan böyüməsinə, inkişafına yönələn tədbirlərin də ildən-ilə güclənməsinə imkan verib. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci il oktyabrın 22-də açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan və digər həssas qruplara aid uşaqların da reabilitasiyası, istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün mühüm işlər aparılır. Mərkəzdə və onun İsmayıllı, Bərdə rayonlarındakı filiallarında ötən dövrdə 1000 nəfərdən çox benefisiar təlimlərə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 443 nəfərini uşaqlar təşkil edib.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol