• $
  • €
  • ₽
  • ₺
  • £

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın baş həkimi istefa verib

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın baş həkimi istefa verib
04.12.2013 10:37

Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının dünyasını dəyişdiyi “Medi Sina” klinikasının baş həkimi Abbas Bağırov klinikadakı işindən çıxıb. 

Bunu Lent.az-a açıqlamasında zərərçəkənin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov bildirib. Onun sözlərinə görə, Müvəkkil Hüquq Mərkəzində aparılan müstəqil təhqiqat klinikaya sorğu göndərərkən artıq A.Bağırovun orada işləmədiyi müəyyənləşib: “Ancaq onun vəzifəsindən istefa verməsi məsuliyyətdən qurtarması anlamı daşımır”.

 

 

S. Vəkilov istintaqa ilk vəsatətlərini təqdim etdiyini də vurğulayıb: “İş materialları ilə artıq tanışam və bir qrup şəxsin dindirilməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayevə vəsatət təqdim etmişəm. Hesab edirəm ki, istintaqın obyektiv aparılmasında həmin şəxslərin dindirilməsi mühüm əhəmiyyət kəsb edir”.

 

Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı bu il sentyabrın 20-də “Medi Sina” Tibb Mərkəzində əməliyyat zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb. İşin obyektiv araşdırılıb günahkarların cəzalandırılması üçün zərərçəkən ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. Hazırda cinayət işinin istintaqı Baş prokuror Zakir Qaralovun nəzarətindədir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol