• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsini müzakirə edir

SOCAR Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsini müzakirə edir
02.06.2026 09:26

 

Azərbaycan Avropaya daha çox qaz ixrac etmək üçün Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsini müzakirə edir, lakin bunun üçün Avropa tərəfdən uzunmüddətli qaz alış müqavilələri və maliyyə dəstəyi tələb olunur. Bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində bildirib.

Nəcəfin sözlərinə görə, Azərbaycan qazının ixrac coğrafiyası artıq Avropa, Gürcüstan və Türkiyə ilə yanaşı Asiya bazarlarını da əhatə edir.

“Biz daha çox qaz tədarük etməyə və infrastrukturu genişləndirməyə hazırıq, lakin bunun üçün Avropa tərəfdən öhdəliklər və uzunmüddətli müqavilələr lazımdır”, - o deyib.

SOCAR rəhbəri bildirib ki, Azərbaycanın qaz hasilatının artırılmasına yönəlmiş əsas layihələr sırasında Sah Deniz Compression, Babək yatağı, Abşeron yatağının tammiqyaslı işlənməsi və digər qaz layihələri yer alır.

Onun sözlərinə görə, Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst qaz hasilatına başlanması da əlavə qaz həcmlərinin bazara çıxarılmasına imkan verəcək.

Nəcəf qeyd edib ki, süni intellekt, məlumat mərkəzləri və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar gələcəkdə qaza tələbatı artıracaq.

SOCAR həmçinin xaricdə hasilat layihələrinə investisiyalarını genişləndirir. Şirkət Tailandda Valeura layihəsində 10% paya malikdir və BƏƏ-də Sarb Lulu layihəsində iştirak edir.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol