• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü külək qərb rayonlarını iflic etdi

Güclü külək qərb rayonlarını iflic etdi
04.12.2013 10:08
Ötən gün səhər saatlarından ölkənin qərb rayonlarında baş vermiş fəsadlar hələ də aradan qaldırılmayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Tərtər və Ağcabədi rayonlarında hələ də elektrik enerjisinin verilişi bərpa olunmayıb. Rayonlarda təbii qaz verilişində də fasilələr var. Hazırda rayon icra hakimiyyəti əməkdaşları yollarda aşan ağacların yığışdırılması, baş vermiş dağıntıların təmizlənməsilə məşğuldurlar. Bəzi evlərin uçan dam örtükləri təmizlənir.Bərdə və ətraf rayonlardakı problemlər də tam aradan qalxmayıb. Bərdə rayonunun təxminən 40 faizi işıqsız qalıb. Hazırda mütəxəssislər problemlərin aradan qaldırılması ilə məşğuldurlar. Rəsmilər günün sonuna qədər rayona verilən elektrik enerjisinin bərpa olunacağını deyir.Qeyd edək ki, ötən gün səhər saatlarından başlayan küləkli hava qərb rayonlarında fəsadlara səbəb olub. Bərdə və ətraf rayonlarda ciddi problemlər yaranıb.Külək axşama doğru daha da güclənib. Nəticədə iri gövdəli ağaclar və elektrik dirəkləri aşıb. Ağaclar elektrik xətlərini sıradan çıxardıb. Bölgə müxbirinin məlumatına görə, Bərdənin 95 faizində işıq yoxdur. Hələlik dəyən ziyanın miqdarı müəyyənləşməyib. Külək gücləndiyindən və qaranlıq olduğundan bərpa işləri aparmaq mümkün deyil. Tərtər və Ağcabədi rayonlarında da vəziyyət eynidir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol