Lökbatan qəsəbəsində suyun verilməsində fasilə yaranacaq

Bu gecə Bakının Qaradağ rayonunda suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti xəbər verir.
Bildirilib ki, yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar iyunun 2-də gecə saatlarından 04 iyun günorta saatlarına qədər Qaradağın Lökbatan qəsəbəsinə suyun verilməsi dayandırılacaq.
Qurum anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























