• $
  • €
  • ₽
  • ₺
  • £

Orxan Zeynalov: Azərbaycan regionlararası enerji bağlantılarında körpü rolunu gücləndirir

Orxan Zeynalov: Azərbaycan regionlararası enerji bağlantılarında körpü rolunu gücləndirir
02.06.2026 16:20

Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, Qara dəniz regionu və Avropanı birləşdirən enerji layihələrində körpü rolunu gücləndirir. Bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda bildirib.

Zeynalovun sözlərinə görə, son qlobal enerji böhranı Orta Dəhlizin və Azərbaycan üzərindən keçən enerji marşrutlarının regional və qlobal enerji təhlükəsizliyi üçün əhəmiyyətini bir daha göstərib.

O bildirib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə Xəzər-Qara dəniz-Avropa enerji bağlantısı layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işləri yekunlaşmaq üzrədir.

“Texniki-iqtisadi əsaslandırmanın ilkin nəticələri layihənin həyata keçirilməsi üçün yaxşı texniki imkanların olduğunu göstərir”, – Zeynalov deyib.

Nazir müavininin sözlərinə görə, növbəti mərhələdə layihənin maliyyə dayanıqlılığı, potensial investorlar və alıcılar üçün iqtisadi səmərəsi, həmçinin Avropadakı son istehlak bazarlarında qiymətlərə mümkün təsiri qiymətləndiriləcək.

Zeynalov qeyd edib ki, elektrikləşmənin artdığı dövrdə yaşıl enerji, qaz, hidroenerji və digər mənbələrin kombinasiyası enerji təhlükəsizliyi üçün mühüm baza yaradır.

O həmçinin bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirir.

“Bu layihələr yalnız neçə giqavat enerji ötürüləcəyi ilə bağlı deyil. Əsas məsələ alternativ imkanların, çevikliyin və diversifikasiyanın yaradılmasıdır. Bir mənbədən və bir marşrutdan asılılıq risk yaradır”, – Zeynalov bildirib.

Nazir müavini əlavə edib ki, Azərbaycan Türkiyə ilə iki əlavə enerji bağlantısı layihəsi üzərində işləyir.

Onlardan biri Azərbaycan-Türkiyə interkonnektorudur və Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə birləşdirməyi nəzərdə tutur.

Onun sözlərinə görə, bu xətt üzrə ilkin mərhələdə 1 giqavat elektrik enerjisinin ixracı razılaşdırılıb, lakin kommersiya və texniki imkanlardan asılı olaraq ötürmə gücü 3 giqavata qədər artırıla bilər.

Zeynalov bildirib ki, Azərbaycan-Türkiyə-Bolqarıstan enerji dəhlizi də strateji layihə kimi nəzərdən keçirilir və tərəflər layihəyə siyasi dəstəyin təmin edilməsi, həmçinin birgə müəssisənin yaradılması üçün hökumətlərarası saziş hazırlayırlar.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol