Biləsuvarda yol qəzası olub, ölən var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı iki kiçik tutumlu yük avtomobili toqquşub.
Hadisə nəticəsində Masallı rayonu Ərkivan qəsəbə sakini, 1966-ci il təvəllüdlü Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























