• $
  • €
  • ₽
  • ₺
  • £

İmişlidə tamet sexində baş verən yanğın söndürülüb - Yenilənib

İmişlidə tamet sexində baş verən yanğın söndürülüb - Yenilənib
03.06.2026 19:32

İmişlidə tamet sexində və kol-kos sahədə baş verən yanğın tam söndürülüb.

"Report"un məlumatına görə, İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 6, həmçinin Saatlı və Beyləqan Rayon Dövlət Yanğından Mühafizə hissələrindən hərəsindən 1 texnika və canlı qüvvələri alovun qarşısını alıb.

İlkin məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 482 kvadratmetr olan sexin 450 kvadratmetri hissəsi və 10 hektar sahədə kol-kos ərazi yanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

İmişli rayonunda yanğın baş verib.

"Report"un məlumatına görə, hadisə İmişli şəhəri Zəfər prospektində yerləşən tamet istehsalı sexində qeydə alınıb.

Əvvəlcə sexin yaxınlığındakı kol-kos sahədə yanğın başlayıb. Yanğın qısa müddətdə güclənib və obyektə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Sexdəki yanğın söndürülüb, hazırda kol-kos sahədə olan yanğının söndürülməsi üçün tədbirlər görülür. Bunun üçün Saatlı və Beyləqandan da yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol