• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlarda moped sürənlərə müəyyən güzəştlər olmalıdır - deputat

Rayonlarda moped sürənlərə müəyyən güzəştlər olmalıdır - deputat
04.06.2026 11:36

Moped və motosikletlərin həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün yaratdığı risklərin tam aradan qaldırılması üçün əlavə təşkilati tədbirlər görülməlidir. Bunu Milli Məclisdə müzakirələr zamanı deputat Əli Məsimli deyib.


Deputatın sözlərinə görə, qanun layihələri qəbul edilərkən və sonrakı normativ-hüquqi aktlar hazırlanarkən təhlükəsizlik risklərinin minimuma endirilməsi üçün əlavə mexanizmlər də nəzərdə tutulmalıdır.


Əli Məsimli vurğulayıb ki, moped və motosiklet istifadəçilərinin böyük hissəsi bu fəaliyyət vasitəsilə dolanışığını təmin edir və onlar üçün tətbiq olunacaq rüsumlar simvolik səviyyədə saxlanılmalıdır.


“Bu nəqliyyat vasitələrini idarə edən insanlar öz zəhməti ilə ailəsini dolandırır. Ona görə də nəzərdə tutulan rüsumlara yenidən baxılaraq onların simvolik səviyyədə müəyyənləşdirilməsi məqsədəuyğun olardı”, – deputat deyib.


Məsimli Bakı ilə regionlardakı istifadə şəraitinin fərqli olduğunu da diqqətə çatdırıb. O bildirib ki, paytaxtda çatdırılma və yükdaşıma məqsədilə istifadə olunan mopedlərlə rayonlarda ailə təsərrüfatında istifadə edilən üçtəkərli nəqliyyat vasitələrinə eyni yanaşmanın tətbiqi düzgün olmazdı.


Deputat hesab edir ki, regionlarda bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların normal fəaliyyətini təmin etmək üçün əlavə güzəştlər və dəstək mexanizmləri nəzərdən keçirilməlidir.


“Rayonlarda ailə təsərrüfatı ilə məşğul olan insanların fəaliyyətinə maneə yaranmamalıdır. Bu baxımdan onların normal fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi vacibdir”, - Əli Məsimli əlavə edib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol