• $
  • €
  • ₽
  • ₺
  • £

6 ayda 2 mindən çox zərərli internet resursu bloklanıb

6 ayda 2 mindən çox zərərli internet resursu bloklanıb
04.06.2026 12:47

Son altı ay ərzində Azərbaycanda 2 mindən çox zərərli internet resursuna qarşı tədbirlər görülüb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kibertəhlükələrin qarşısının alınması məqsədilə ölkədə monitorinq və müdafiə tədbirləri davamlı olaraq gücləndirilir.

Nazir müavini qeyd edib ki, Vətən müharibəsi dövründə, eləcə də sonrakı illərdə Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən çoxsaylı kiberhücum və təxribat cəhdlərinin qarşısı uğurla alınıb.

S.Əsədov bildirib ki, dövlət qurumlarının informasiya resurslarının qorunması, kibertəhdidlərin erkən aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir.

O vurğulayıb ki, kibertəhlükəsizlik yalnız texnoloji məsələ deyil, həm də milli təhlükəsizliyin mühüm tərkib hissəsidir və bu istiqamətdə davamlı investisiyalar tələb olunur.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol