• $
  • €
  • ₽
  • ₺
  • £

Aali məktəblərdə məqsədli kapital fondları yaradıla bilər

Aali məktəblərdə məqsədli kapital fondları yaradıla bilər
03.12.2013 18:35
Azərbaycanda ali məktəblərdə məqsədli kapital fondlarının yaradılması nəzərdə tutulur. Təhsil nazirinin müşaviri Elxan Hüseynov Trend-ə bildirib ki, bu gün ali məktəblər yalnız dövlət büdcəsindən maliyyələşməklə inkişaf edə bilməzlər. Məqsədli kapital fondlarının yaradılması ali məktəblərin maliyyələşməsində çox mühüm rol oynaya bilər.Müşavirin sözlərinə görə, xarici ölkələrdə elmin və təhsilin inkişafına yönələn məqsədli kapital fondlarının yaradılması təcrübəsi çox geniş istifadə edilir. Postsovet ölkələrinin bəzilərində bu fondların yaradılmasına artıq maraq artıb. Azərbaycanda da belə fondlar yaradılarkən dünya təcrübəsindən istifadə etmək çox vacibdir: "Harvard, Stenford, Oksford, Kembric, Münhen universitetləri bu sahədə böyük təcrübəyə malikdirlər. Harvard Universitetinin 4 milyard dollara yaxın gəlirinin 37, Stenford Universitetinin isə bütün gəlirlərinin 22 faizi məqsədli kapital fondlarının payına düşür".E.Hüseynovun dediyinə görə, məqsədli kapital fondları əsasən ayrı-ayrı insanlar, biznes sektoru tərəfindən verilmiş ianələr hesabına yaranır. Dünya ölkələrinin təcrübələrinə əsasən, fondlarda toplanılan maliyyə vəsaitləri birdəfəlik xərclənə bilməz. Bu vəsaitlər yalnız banka köçürülür. Məktəblər isə banklarda uzunmüddətli yatırılmış həmin vəsaitlərin üzərinə gələn illik faizlərdən istifadə edirlər. Məktəb həmin gəlirləri yalnız elmin, təhsilin inkişafı üçün deyil, idmanın, səhiyyə xidmətlərinin, arxiv işinin inkişafı üçün də istifadə edə bilər. Həmin vəsaitlərin banklarda qalması məktəblərin gəlirlərinin daha da çoxalmasına imkan yaradar.Ali məktəblər belə fondların sayını və orada toplanan vəsaitlərin məbləğini artırmaqla, öz gəlirlərini də artıra bilərlər: "Bu gün elmin, təhsilin inkişafına yardım göstərə bilən məzunlarımız var. Hesab edirəm ki, bizim ali məktəblər məzunların karyera inkişafını izləsələr, onlarla yaxşı əlaqələr qursalar, həmin insanlar tərəfindən müstəqil fondlara maliyyə vəsaitinin keçirilməsinə nail olarlar".TN rəsmisinin sözlərinə görə, bu fondların yaradılması və istifadəsi ilə bağlı mövcud normativ-hüquqi bazada müvafiq əlavə və dəyişikliklər edilməlidir. Belə fondların yaradılması ali məktəblərin inkişafına xidmət etməklə, onların rəqabət qabiliyyətinin artmasına, dünya ali məktəblərinin reytinq cədvəllərində layiqli yer tutmasına əlavə imkanlar yaradar.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol