• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat sürücülər üçün cərimə balları sisteminə yenidən baxılmasını təklif edib

Deputat sürücülər üçün cərimə balları sisteminə yenidən baxılmasını təklif edib
05.06.2026 12:41

Milli Məclisin deputatı Naqif Həmzəyev peşəkar sürücülərin, xüsusilə taksi sürücülərinin üzləşdiyi problemləri gündəmə gətirərək cərimə balları sisteminə yenidən baxılmasını təklif edib.

Deputat bildirib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər yollarda adi sürücülərlə müqayisədə daha çox vaxt keçirdikləri üçün cərimə ballarını daha sürətlə toplayırlar.

Onun sözlərinə görə, Azərbaycanda taksi fəaliyyəti aşağı və orta gəlirli əhali qrupları üçün əsas dolanışıq mənbələrindən biridir və bir çox hallarda sürücülər ailənin yeganə gəlir sahibidir.

“Belə bir şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem olaraq qalmır – ailənin bütün üzvlərini əhatə edən ağır iqtisadi problemə çevrilir”, – Həmzəyev deyib.

Deputat qeyd edib ki, uzun müddət sükan arxasında olan sürücülər kiçik qayda pozuntularına görə daha tez 20 ballıq həddə çatır və nəticədə sürücülük hüququndan məhrum olunurlar. Bu isə onların gəlir əldə etmək imkanlarını məhdudlaşdırır, bəzi hallarda işlərini itirmələrinə və maliyyə çətinlikləri ilə üzləşmələrinə səbəb olur.

Həmzəyev cərimə balları üzrə hüquqdan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və ya balların yalnız kobud yol hərəkəti qaydası pozuntularına görə tətbiq edilməsini təklif edib.

“20 ballıq hədd əsas işi sürücülük olanlar üçün xüsusi qeyri-ədalətli hesab edilir. Taksi sürücüsü və ya peşəsi sürücü olanlar hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur”, – deputat bildirib.

O, həmçinin yol infrastrukturunun təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, bölgələrdə yol nişanlarının və nişanlanma xətlərinin keyfiyyətinin artırılmasını, görünməz hala düşmüş nişanların yenilənməsini və infrastrukturu tam formalaşmayan yollarda kamera vasitəsilə cərimələrin tətbiqinin dayandırılmasını təklif edib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol