• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bəzi məktəblərində rus bölməsinə qəbul dayandırılır - Yenilənib

Azərbaycanın bəzi məktəblərində rus bölməsinə qəbul dayandırılır - Yenilənib
05.06.2026 16:13

(Yazıya qara hərflərdə Məktəbəqədər və Umumtəhsil Dövlət Agentliyinin mövqeyi əlavə olunub)

Azərbaycanın iki ümumtəhsil məktəbində  Bakı şəhəri 111 və Ağdaş Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbdə  birinci sinif üzrə rus bölməsinə qəbul dayandırılıb. Bu barədə övladları bu məktəblərdə məktəbəqədər  hazırlıq kurslarında  təhsil alan  valideynlər Anews.az müraciətlərində bildirib.

Ağdaş sakini Zərifə Quliyeva bildirib ki, Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin rəhbərliyi müəllimlər vasitəsilə valideynlərə  birinci sinif üzrə rus bölməsinə qəbulun dayandırıldığını çatdırıb. 

“Uşaqlarımız imtahandan uğurla keçib. Amma bizə bu gün deyildi ki, rus bölməsinə qəbul yoxdur. Bizim rayonda yalnız bir rus dilli məktəb var.  Bizə Göycaya getməyi tövsiyyə ediblər. Bu isə bizim üçün uzaqdır. Xahiş edirik heç olmasa bu il bizim uşaqlara son şans verilsin, çünki başqa məktəbə getmək imkanımız yoxdur”, – valideyn deyib.

Bakda yerləşən 111 saylı tam orta məktəbdə  rus bölməsi üzrə imtahandan uğurla keçən və həmin məktəbdə məktəbə hazırlıq kurslarında oxuyan uşaqlar da eyni problemlə üzləşib. 

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən dərhal sorğumuza cavab vermədilər.

11 saylı məktəbin qaynar xəttindən isə bildirdilər ki, məktəbə qəbul həqiqətən dayandırılıb. Buna səbəb isə müraciət edənlərin sayının az olması olub.  

"Hazırlıq keçən və qəbul zamanı yüksək bal yığan uşaqlar iyunun 17-i sistem üzrə başqa məktəbləri seçə bilərlər",  - məktəbin qaynar xəttindən bildirilib. 

İyunun 17-i tədris digər dillərdə aparılan məktəblərdə oxumaq istəyən uşaqlar üçün  müəllim və məktəb seçimi mümkün olacaq.  

Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, tədris digər dillərdə aparılan bölmələrə gəldikdə isə müsahibələrdən uğurla keçən uşaqlar üçün iyunun 17-dən valideynləri tərəfindən məktəb və müəllim seçimi həyata keçiriləcək.

"Bununla yanaşı bildiririk ki, uşaqların birinci sinfə qəbulu prosesi sentyabr ayınadək davam edir. Həmin dövrədək ictimaiyyətə əvvəlcədən elan edilmiş tarixlərdə bəzi təhsil müəssisələrinə mərhələli şəkildə qeydiyyat, müsabiqələrin keçirilməsi, eləcə də məktəb və müəllim seçimi həyata keçiriləcək. Vurğulayırıq ki, sinif komplektlərinin formalaşdırılması uşaqların birinci sinfə qəbulu prosesini özündə ehtiva edən bu mərhələlərdən sonra baş tutacaq" - açıqlamada deyilir. 

Gülnar Nazimqızı 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol