Naxçıvanda yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb

Naxçıvan şəhərində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.
"Report" xəbər verir ki, hadisə Qaraxanbəyli kəndi ərazisində baş verib.
2019-cu il təvəllüdlü Q.E. kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. O, sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























