• $
  • €
  • ₽
  • ₺
  • £

XİN - dən Azov dənizində yaralanan azərbaycanlıların vəziyyəti barədə açıqlama

XİN - dən Azov dənizində yaralanan azərbaycanlıların vəziyyəti barədə açıqlama
07.06.2026 14:59

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilən dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması barədə məlumat daxil olduqdan sonra Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları hadisə yerinə yollanıblar.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirliyin konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanan, eləcə də xilas edilən Azərbaycan vətəndaşlarına müvafiq konsulluq dəstəyi göstərirlər.Yaralıların vəziyyəti qənaətbəxşdir və onlardan bir neçəsinin yaxın vaxtlarda xəstəxanadan buraxılması gözlənilir.

Nazirliyin məlumatına əsasən, Rusiya tərəfinin həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri prosedurlar davam etdirilir.

Eyni zamanda, xilas edilən Azərbaycan vətəndaşlarının sənədləşdirilməsi, onlara qayıdış şəhadətnamələrinin verilməsi və ölkəyə qayıdışlarının təşkili istiqamətində tədbirlər görülür.

Xarici İşlər Nazirliyi hadisəni xüsusi nəzarətdə saxladığını və aidiyyəti qurumlarla əlaqələndirməni davam etdirdiyini bildirib.

Nazirlik həlak olan şəxslərin kimlikləri və cənazələrinin Azərbaycana gətirilməsi ilə bağlı əlavə məlumatın ictimaiyyətə təqdim ediləcəyini qeyd edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol