• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: “Ölkədə sosial gərginlik yaratmağa ehtiyac yoxdur”

Asim Mollazadə: “Ölkədə sosial gərginlik yaratmağa ehtiyac yoxdur”
03.12.2013 17:15

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında Vilnüsdə keçirilən Avropa İttifaqının III  “Şərq tərəfdaşlığı” sammitində imzalanan sənədlərə diqqət çəkib. “Sammitdə imzalanmış sənədlər Azərbaycan gəncləri üçün Avropanın qapılarını açıb və Avropanın təhsil sisteminə daha asan inteqrasiya etmək imkanı yaradıb. Yaxşı olardı ki, Milli Məclis Ali təhsil Haqqında qanun qəbul edərək Azərbaycanın ali təhsil sisteminin Avropanın ali təhsil sisteminə yaxınlaşmasına öz töhfəsini versin. Biz bu proseslə bağlı təcili, təxirəsalınmaz tədbirləri həyata keçirməliyik”.

Sonra millət vəkili Tarif Şurasının benzin və digər neft məhsullarının qiymət artımı ilə bağlı qərarının bir sıra problemlər yaradacağını qeyd edib. O, son dövrlər bölgədə gedən qarışıq proseslərin fonunda ölkədə gərginliyi artırmağın lazımsız olduğunu dilə gətirib. “Son dövrlərdə bölgədə kifayət qədər qarışıq proseslər gedir. İstər Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri, istərsə də Ukraynada baş verən proseslər kifayət qədər həssaslıq yaradır. Bu proseslərin fonunda  ölkədə sosial gərginlik yaratmağa heç bir ehtiyac yoxdur. Enerji daşıyıcılarının qiymətlərini tədricən də qaldırmaq olardı” – deyən millət vəkilinin fikrincə, qiymətləri qaldırmazdan əvvəl aztəminatlı ailələrin sosial vəziyyətini nəzərə almaq lazım idi. “Əlilləri, aztəminatlı ailələri gələcək zəncirvari qiymət artımından sığortalamaq üçün, qalxan qiymətlərə adekvat olaraq müvafiq müavinətlər müəyyənləşdirməliyik. Elə etməliyik ki, bu kateqoriyadan olan adamlar qalxan qiymətlərdən əziyyət çəkməsin və cəmiyyətdə sosial gərginlik mövcud olmasın” – deyə A.Mollazadə bildirib. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol