• $
  • €
  • ₽
  • ₺
  • £

“Beynəlxalq Əlillər Günü” qeyd edilib

“Beynəlxalq Əlillər Günü” qeyd edilib
03.12.2013 16:54
3 dekabr “Beynəlxalq Əlillər Günü” Sosial Xidmətlərə Təşəbbüs İB (SXT) tərəfindən qeyd edilib. Tədbir əlilliyi olan şəxslərin problemlərinə diqqəti cəlb etmək, eyni zamanda təşkilatın beş illik fəaliyyəti ilə bağlı hesabat xarakteri daşıyırdı. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsul şəxsləri, UNİCEF-in Bakı nümayəndəliyinin rəsmiləri, müvafiq QHT-lər, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.1992-ci ildən BMT-nin Baş Assambleyasının qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya 2 oktyabr 2008-ci ildə qoşulmuşdur. Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520 793 əlilliyi olan şəxs var. Onlardan 62 886 nəfəri uşaqlardır.Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyi 2008-ci ildən əlilliyi olan insanların hüquqlarını müdafiə edir və öz fəaliyyətlərində BMT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair Konvensiyasının təyin etdiyi prinsip və dəyərləri rəhbər tutur.Yalnız 2013-cü ildə təşkilat 400 əlilliyi olan uşağa xidmət göstərib.Təşkilat 4 ildir Səyyar Xidmət Layihəsi ilə Quba və İsmayıllı rayonlarında olan uşaqlara, son ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Oğuz, Qəbələ, Ağsu, Şamaxı, Qobustan rayonlarındakı uşaqlara evdə reabilitasiya xidmətləri, Sumqayıt şəhərindəki Uşaq İnkişaf Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş reabilitasiya xidmətləri göstərir.SXT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası Haqqında Maarifləndirmə Layihəsi, De-İnstitutlaşma Pilot Layihəsi, Reabilitasiya Xidmətlərinin Gücləndirilməsi Layihəsi, İnkişaf və İştirak üçün İdman Layihəsi ilə cəmiyyətin həssas qruplarına yardımını göstərib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol