• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanlarında iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Qəbul imtahanlarında iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib
08.06.2026 10:06

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bu gün saat 23:59-dək aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//eservices.dim.gov.az/erizebak/cehd2/PageParol.aspx) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

8 iyun saat 09:15-ə olan məlumata əsasən I ixtisas qrupu üzrə 18819, II ixtisas qrupu üzrə 16892, III ixtisas qrupu üzrə 20302, IV istisas qrupu üzrə 4319 olmaqla, ümumilikdə isə 60332 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol