• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsini dəstəkləyib

Ombudsman uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsini dəstəkləyib
08.06.2026 11:11

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi zəruridir. Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

Əliyeva bu barədə Milli Məclisdə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, onları müxtəlif risklərlə də üz-üzə qoyur. Ombudsman qeyd edib ki, Azərbaycan uşaqların rəqəmsal mühitdə müdafiəsini nəzərdə tutan bir sıra beynəlxalq konvensiyalara qoşulub və bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atır.

Əliyeva bildirib ki, Ombudsman təsisatı daha əvvəl uşaqların sosial şəbəkələrdən və digər rəqəmsal platformalardan istifadəsinə dair məhdudiyyətlərin müəyyənləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif edib və bu məsələ illik məruzələrdə əksini tapıb.

O qeyd edib ki, Prezidentin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması istiqamətində əlavə tədbirlər müəyyənləşdirilib.

Ombudsmanın sözlərinə görə, müzakirə olunan qanun layihəsi yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsinə, hüquq pozuntularının qarşısının alınmasına və uşaqların hüquqlarının daha effektiv müdafiəsinə xidmət edəcək.

Əliyeva deyib ki, Ombudsman Aparatının araşdırmaları interaktiv platformalar və onlayn oyunların uşaqlar üçün müəyyən risklər yaratdığını göstərir. O, yaş məhdudiyyətlərinin bəzi hallarda formal xarakter daşıdığını, effektiv nəzarət mexanizmlərinin və şəxsi məlumatların qorunması sahəsində kifayət qədər təminatların olmadığını bildirib.

Ombudsman dövlət qurumlarını rəqəmsal platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, valideynləri uşaqların internetdən istifadəsinə daha diqqətlə yanaşmağa, media nümayəndələrini isə mövzuya uşaqların mənafeləri baxımından yanaşmağa çağırıb.

Əliyeva bildirib ki, Ombudsman Aparatı paytaxt və regionlarda uşaqların rəqəmsal təhlükəsizliyi, kiberbullinq və şəxsi məlumatların qorunması mövzularında mütəmadi maarifləndirmə tədbirləri keçirir.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol