• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqara qadağa qoyarkən alternativlər təklif etməliyik - Tibb Universitetinin rektoru

Uşaqara qadağa qoyarkən alternativlər təklif etməliyik - Tibb Universitetinin rektoru
08.06.2026 12:09

Hər bir qadağa müəyyən reaksiyalara səbəb ola bilər və qanunvericilik təşəbbüsləri hazırlanarkən bu amil nəzərə alınmalıdır. Bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisdə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxışında danışıb.

"Hər bir qadağa bir reaksiya yaradacaq. Bunu düşünməliyik. Qadağa etdiyimiz halda alternativ təkliflərimiz də olmalıdır", – rektor deyib.

Gəraybəyli qeyd edib ki, uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulacağı təqdirdə, onlara hansı alternativ imkanların təqdim ediləcəyi və mümkün psixoloji və sosial təsirlərin necə idarə olunacağı məsələləri də müzakirə edilməlidir.

"Uşağa deyirik ki, sabahdan heç bir sosial şəbəkəyə girməyəcəksən. Bunun yaradacağı reaksiyanı və mümkün fəsadları necə qarşılayacağımızı da düşünməliyik", – o əlavə edib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol