Çövkən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındı

Çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb.APA-nın xəbərinə görə, qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qərarın qəbulu ilə əlaqədar komitə üzvlərinə təşəkkür edib: “Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun praktikasını davam etdirməyə və onu gələcək nəsillərə ötürməyə imkan verəcək”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























