• $
  • €
  • ₽
  • ₺
  • £

Prokuror Toplum TV işi üzrə təqsirləndirilən şəxslərə 13 ildən 16 ilədək həbs cəzası istəyib

Prokuror Toplum TV işi üzrə təqsirləndirilən şəxslərə 13 ildən 16 ilədək həbs cəzası istəyib
08.06.2026 13:09

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Toplum TV işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Prokuror Akif Qurbanov və Ruslan İzzətli barəsində 16 il, Ələsgər Məmmədli və Əli Zeynal barəsində 15 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar barəsində 14 il, Fərid İsmayılov və Elmir Abbasov barəsində isə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Prokuror həmçinin polis nəzarəti qətimkan tədbiri altında olan Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.

Növbəti proses iyunun 22-nə təyin edilib.

Ötən il martın 6-da "Toplum TV"  yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol