• $
  • €
  • ₽
  • ₺
  • £

Rektor BDU-da Rəsulzadəyə heykəl qoyulmasından danışdı

Rektor BDU-da Rəsulzadəyə heykəl qoyulmasından danışdı
03.12.2013 16:08

“Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması Təhsil Nazirliyində və digər müvafiq qurumlarda müzakirə olunacaq. Mən əvvəllər də demişəm, Xalq Cümhuriyyətinin qurucularının adı tarixiləşməlidir. Onlara heykəllər qoyulmalı, haqlarında kitablar yazılmalıdır”. 

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib.

BDU-nun həyətində Rəsulzadəyə heykəl qoyulma ehtimalından danışan rektor deyib ki, universitet hazırda heç kimin adını daşımır, bu səbəbdən də onun həyətində kiməsə heykəl qoyulması doğru deyil: “Rəsulzadənin heykəli o universitetdə qoyular ki, orada onun adı olsun. Ancaq reallıq baxımından demək lazımdır ki, Xalq Cümhuriyyətinin qurucuları Bakı Dövlət Universitetinin də yaradılmasında tarixi xidmət göstəriblər. Universitetin yaradılması zamanı təqribən 40 gün parlamentdə müzakirələr gedib”.  

A. Məhərrəmov deyib ki, Xalq Cümhuriyyətinin qurucularına hansısa abidə qoyulması mümkündür: “Konkret Məhəmməd Əmin Rəsulzadəyə, yoxsa Xalq Cümhuriyyətinin qurucularına ümumi bir abidə qoyulacağı məsələsi də müzakirələrdən sonra öz həllini tapacaq”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol