• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqların rəqəmsal təhlükəsizliyi və ailə dəyərlərinin qorunması prioritet olaraq qalır

Uşaqların rəqəmsal təhlükəsizliyi və ailə dəyərlərinin qorunması prioritet olaraq qalır
09.06.2026 10:17

Uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi, onların hüquqlarının qorunması və ailə dəyərlərinin təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr internetdə və sosial şəbəkələrdə qarşılaşdıqları təhlükələri hər zaman düzgün qiymətləndirə bilmirlər. Bu səbəbdən onların rəqəmsal savadlılığının artırılması, valideynlərin maarifləndirilməsi və aidiyyəti qurumlarla vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlığının gücləndirilməsi vacibdir.

Səfərov bildirib ki, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərlə mübarizə fonunda uşaqların onlayn məkanda qorunmasına xüsusi diqqət yetirilməlidir.

O qeyd edib ki, Azərbaycanda elektron xidmətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, ASAN xidmət, MyGov və digər rəqəmsal platformalar vətəndaşların dövlət xidmətlərinə çıxışını asanlaşdırıb. Bununla yanaşı, yetkinlik yaşına çatmayanların elektron xidmətlərdən istifadə səviyyəsinin artırılması və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi də önəmli məsələlərdən biridir.

Aytac Zeynalova

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol