• $
  • €
  • ₽
  • ₺
  • £

Bank məlumatlarının oğurlanması kibercinayətlər arasında ilk yerdədir

Bank məlumatlarının oğurlanması kibercinayətlər arasında ilk yerdədir
09.06.2026 10:36

Azərbaycanda kibercinayətlərlə mübarizənin hüquqi bazası həm milli qanunvericilik, həm də beynəlxalq öhdəliklər əsasında formalaşdırılıb. Bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Emin İsmayılzadə bildirib.

Onun sözlərinə görə, vətəndaşların hüquqları pozulduqda və ya qanun pozuntusu halları baş verdikdə operativ müdaxilə mexanizmlərinin tətbiqi vacibdir.

Emin İsmayılzadə qeyd edib ki, Azərbaycan 2019-cu ildə kibercinayətkarlıqla mübarizəyə dair Budapeşt Konvensiyasını ratifikasiya edib və bu sənəd üzv dövlətlər arasında vahid yanaşmanın formalaşdırılmasına, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

" süni intellekt, kriptovalyutalar və digər yeni texnologiyaların sürətli inkişafı qanunvericiliyin daim yenilənməsini zəruri edir. Bu sahə çox dinamikdir. Bu gün qəbul edilən hüquqi mexanizmlər gələcəkdə yeni çağırışlara uyğunlaşdırılmalıdır”,- o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ən çox rast gəlinən kibercinayətlər bank məlumatlarının ələ keçirilməsi, onlayn dələduzluq, sosial şəbəkələr üzərindən şantaj və cinsi xarakterli cinayətlərdir. O qeyd edib ki, saxta alış-veriş saytları və müxtəlif fişinq üsulları vasitəsilə vətəndaşların bank kartı və şəxsi məlumatlarının oğurlanması halları üstünlük təşkil edir.

“Vətəndaşlar mənbəyi məlum olmayan keçidlərə daxil olarkən və şəxsi məlumatlarını paylaşarkən son dərəcə diqqətli olmalıdırlar”, - o vurğulayıb.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol