• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb

Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb
09.06.2026 15:00

Genişmiqyaslı mina çirklənməsi məcburi köçkün düşmüş ailələrin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

Onun sözlərinə görə, Minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır mirası olaraq qalır və aktiv döyüşlərdən sonra da can almağa davam edir.

Belə ki, 2020-ci il noyabrın 10-dan iyunun 9-dək Azərbaycanda 264 mina hadisəsi baş verib, nəticədə 427 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub, 354-ü isə xəsarət alıb.

Hikmət Hacıyev qeyd edib ki, mina qurbanlarının arasında 231 mülki şəxs və 196 hərbçi var.

Prezidentin köməkçisi vurğulayıb ki, 1991-ci ildən bəri mina qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol