• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA: Azərbaycanda quş qripi və nyukasl xəstəliyi aşkarlanmayıb

AQTA: Azərbaycanda quş qripi və nyukasl xəstəliyi aşkarlanmayıb
09.06.2026 17:10

Azərbaycanda, o cümlədən Naxçıvanda 2025-ci ilin noyabr-dekabr ayları və 2026-cı ilin yanvar-may aylarında aparılan monitorinqlər zamanı quş qripi və Nyukasl xəstəliyinə yoluxma halları aşkar edilməyib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

AQTA-nın məlumatına görə, monitorinqlər riskli hesab olunan su-bataqlıq ərazilərində, dənizkənarı zonalarda, milli parklarda, qoruqlarda, ovçuluq təsərrüfatlarında, çay və su anbarları ətrafında aparılıb. Vəhşi quşlardan və quşçuluq təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinələr üçün nümunələr götürülüb.

Agentlik bildirib ki, təbiət əraziləri, quşçuluq obyektləri, bazarlar, zooparklar və dekorativ quş saxlanılan məkanlarda da müşahidələr aparılıb, baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilib.

Laborator analizlərin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi virusu və xəstəliyə şübhəli hallar qeydə alınmayıb. Ev quşlarından götürülən nümunələrin Nyukasl xəstəliyi üzrə müayinələri də mənfi nəticə verib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol