• $
  • €
  • ₽
  • ₺
  • £

Kitabxanaların bağlanmasından söhbət gedə bilməz - nazir

Kitabxanaların bağlanmasından söhbət gedə bilməz - nazir
10.06.2026 11:11

Ölkədə kitabxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 2023-cü ildən geniş monitorinqlər aparılır. Bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. 

Nazirin sözlərinə görə, araşdırmalar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların infrastrukturunu, kadr potensialını, kitab fondlarını və məzmun fəaliyyətini əhatə edib.


"Üç il ərzində kifayət qədər geniş məlumat bazası formalaşıb. Bu məlumatlar sistemləşdirilib və peşəkar mütəxəssislərin iştirakı ilə təhlil olunub. Kitabxana sahəsi çox həssas yanaşma tələb edir. Çünki kitabxanalar milli bilik mənbəyi kimi cəmiyyət üçün strateji əhəmiyyət daşıyan əsas təsisatlardandır", - nazir vurğulayıb.


Kərimli qeyd edib ki, dövlət başçısının Mədəniyyət Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən biri də bu sahədə fəaliyyətin təkmilləşdirilməsidir. Onun sözlərinə görə, məqsəd kitabxana sistemini müasir tələblərə uyğunlaşdırmaq, daha səmərəli və dayanıqlı fəaliyyət modelini formalaşdırmaqdır.


Nazir bildirib ki, bu istiqamətdə konseptual yanaşma artıq hazırlanıb və planlaşdırılan yeniliklərlə bağlı daha ətraflı məlumat təqdim olunacaq.


Adil Kərimli cəmiyyətdə kitabxanaların bağlanacağı ilə bağlı yayılan fikirlərə də münasibət bildirib.


"Bəzən cəmiyyətdə belə fikirlər səslənir ki, Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır və ya bu sahəyə soyuq münasibət göstərir. Əsla belə deyil. Kitabxanalar dövlətimiz üçün prioritet sahədir. Məlumatın əldə olunması, biliklərin yayılması və maarifləndirmə baxımından onların rolu əvəzsizdir. Məqsədimiz kitabxanaları zəiflətmək deyil, onları daha güclü, daha müasir və cəmiyyət üçün daha əlçatan etməkdir", -  nazir əlavə edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol