• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi kitabxanaların oxucu statistikası reallığı əks etdirmir - nazir müavini

Bəzi kitabxanaların oxucu statistikası reallığı əks etdirmir - nazir müavini
10.06.2026 11:37

Bəzi kitabxanalarda real oxucu sayı ilə rəsmi statistik göstəricilər arasında ciddi fərqlər müşahidə olunur. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. 


Nazir müavini qeyd edib ki, hazırda kitabxanaların fəaliyyətində real nəticələrdən daha çox statistik göstəricilərə əsaslanan yanaşma hiss olunur və bu, müəyyən mənada mövcud normativ-hüquqi çərçivədən qaynaqlanır.


Onun sözlərinə görə, kitabxanaların kateqoriyalara bölünməsi və həmin kateqoriyaların əməkhaqqı sisteminə təsir etməsi bu sahədə müəyyən problemlər yaradır.


"Kitabxanalar kateqoriyalara bölünüb və bu kateqoriyaların əhəmiyyəti əsasən həmin kateqoriyalara daxil olan kitabxana filialları və bölmələrinin əməkhaqqının tənzimlənməsi ilə bağlıdır. Kateqoriyalar artdıqca əməkhaqları da artır. Bir çox hallarda isə kateqoriyalar oxucu sayı əsasında müəyyənləşdirilir", –  o bildirib.


Nazir müavini vurğulayıb ki, bu yanaşma bəzi hallarda statistik göstəricilərin reallığı tam əks etdirməməsinə səbəb olur.


"Həmkarlarımızın fəaliyyətinə kölgə salmadan qeyd edə bilərik ki, bir sıra kitabxanalarda real oxucu sayı ilə təqdim olunan statistik oxucu sayı arasında çox böyük uçurumun olduğunu görmüşük. Düşünürəm ki, tədbirdə iştirak edən şəxslər də müəyyən dövrlərdə bu hallarla rastlaşıblar", –  nazir müavini əlavə edib.


O bildirib ki, kitabxana sistemində aparılan təhlillər və islahatlar çərçivəsində bu kimi məsələlərin də nəzərə alınması planlaşdırılır.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol