• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Aslanov: Kitab fondlarının qorunması milli təhlükəsizlik məsələsidir

Novruz Aslanov: Kitab fondlarının qorunması milli təhlükəsizlik məsələsidir
10.06.2026 12:46

Milli Məclisin deputatı Novruz Aslanov hesab edir ki, Azərbaycan xalqının tarixi, ədəbi və mədəni irsini özündə əks etdirən kitab fondlarının qorunması strateji əhəmiyyət daşıyır və bu istiqamətdə müasir çağırışlar nəzərə alınmalıdır. Deputat bu fikirləri kitabxana sisteminin inkişafı ilə bağlı keçirilən müzakirələr zamanı səsləndirib.

Novruz Aslanov bildirib ki, ədəbiyyat və tarixi irs xalqın yaddaşının daşıyıcısıdır və burada Azərbaycanın elmi nailiyyətləri, milli-mənəvi dəyərləri və mədəni sərvətləri toplanıb.
"Bu irs bizim strateji sərvətimizdir. Ona görə də onların qorunması məsələsinə xüsusi həssaslıqla yanaşmalıyıq", –  deputat vurğulayıb.

O qeyd edib ki, elektron kitabxanaların inkişafı dövrün tələbi olsa da, bu prosesdə süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal platformalarla əməkdaşlıq mexanizmləri və kibertəhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılmalıdır.

Deputatın sözlərinə görə, qlobal miqyasda artan risklər və münaqişələr fonunda elektron məlumat bazalarının təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, rəqəmsal resurslara kənar müdaxilələr, məlumatların dəyişdirilməsi və ya təhrif olunması gələcək nəsillərin düzgün informasiya əldə etməsinə mənfi təsir göstərə bilər.

Novruz Aslanov hesab edir ki, elektron sistemlərin inkişafı ilə yanaşı, ənənəvi kitab fondlarının qorunub saxlanılması da vacibdir.

Onun fikrincə, bu sahədə həyata keçirilən islahatlar milli irsin etibarlı mühafizəsini və gələcək nəsillərə olduğu kimi çatdırılmasını təmin etməlidir.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol