• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yerləşən kitabxanada Azərbaycana aid kitabların sayı çox azdır -deputat

Türkiyədə yerləşən kitabxanada Azərbaycana aid kitabların sayı çox azdır -deputat
10.06.2026 13:12

Azərbaycana aid kitabların xaricdə təbliğinin gücləndirilməsi və kitabxana sahəsində çalışan peşəkar kadrların qorunmasının vacibdir. Bunu deputat Tənzilə Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu yaxınlarda Türkiyəyə səfər çərçivəsində Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən böyük kitabxanalarla tanış olub. Onun sözlərinə görə, iki milyondan artıq kitab fondu olan həmin kitabxanada Türk Dünyası bölməsi yaradılıb.

"Altı ay əvvəl həmin kitabxanada Azərbaycan bölməsində yüzdən az kitab var idi. Son səfərimiz zamanı bizə məlumat verildi ki, bu rəqəm 700-ə çatdırılıb. Lakin Azərbaycan bölməsi ilə üzbəüz yerləşən Qazaxıstan bölməsində artıq 7 mindən çox kitab təqdim olunub", -  deputat qeyd edib.

O, mədəniyyət nazirinə müraciət edərək Azərbaycan yazıçı və şairlərinin, eləcə də ölkənin tarixi və mədəniyyəti ilə bağlı nəşrlərin həmin kitabxanalara daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Deputatın fikrincə, dünyanın müxtəlif ölkələrindən ziyarətçilərin gəldiyi bu cür mərkəzlər Azərbaycanın tanıdılması baxımından mühüm platformadır.

Çıxış zamanı kitabxana binalarının gələcək taleyinə də toxunan deputat istifadəyə yararsız vəziyyətə düşməməsi üçün bəzi obyektlərin təyinatının dəyişdirilməsinin mümkün variant kimi nəzərdən keçirilməsini təklif edib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol