Bakıda ticarət mərkəzində vətəndaşı DÖYDÜLƏR

Bakıda "Xəqani" ticarət mərkəzində müştəri satıcı tərəfindən döyülüb.
Bu barədə Qaynar.info-ya zərəçəkən Qumru Abdullazadə adlı vətəndaşın bacısı Şəbnəm Abdullazadə məlumat verib: "Xəqani" Ticarət Mərkəzində pilləkənlərində oturmuşduq, adam gözləyirdik. Orada işləyən satıcılardan biri bizə etiraz etdi ki, burada niyə oturmusuz? Biz də dedik ki, adam gözləyirik və burda qanunsuz heç nə yoxdur.
Satıcı ilə aramızda qısa mübahisə yarandı. Ordan ayrılıb getmək istəyirdik ki, mübahisə böyüməsin. Birdən satıcı bacımın üstünə hücum çəkdi. Onun boğazından tutub boğmağa başladı. İnsanlar yetişib ayırmasaydı, əməlli-başlı boğacaqdı bacımı. İnsanlar gəlib ayırdılar. Bacım hələ də özünə gəlməyib".
ANN.Az
























