• $
  • €
  • ₽
  • ₺
  • £

İbtidai təhsildə əsas məqsəd güclü baza bacarıqlarının formalaşdırılmasıdır- Nazir

İbtidai təhsildə əsas məqsəd güclü baza bacarıqlarının formalaşdırılmasıdır- Nazir
10.06.2026 16:31

Uşaqların inkişafında ailə mühiti, oyun və erkən yaşlarda ünsiyyət mühüm rol oynayır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, uşağın ilk illəri onun gələcək öyrənmə və inkişafı üçün həlledici mərhələdir. Onun sözlərinə görə, ailədə nağıl oxunması, uşaqlarla ünsiyyət və birgə oyunlar həm emosional, həm də intellektual bacarıqların formalaşmasına mühüm təsir göstərir.

“Oyun öyrənmənin köküdür. Uşaqlar oynayaraq öyrənirlər və bu prosesdə əməkdaşlıq, rəqabət, düşünmə və qərarvermə kimi bacarıqlar formalaşır”, –  Emin Əmrullayev vurğulayıb.

Nazir qeyd edib ki, müasir dövrdə valideynlərin iş yükünün artması uşaqlarla birgə vaxt keçirmə imkanlarını məhdudlaşdırsa da, insan-insan ünsiyyəti uşağın inkişafında mühüm rol oynayır.

Emin Əmrullayev ibtidai təhsilin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq bildirib ki, bu mərhələdə oxuyub-anlama və riyazi təfəkkür kimi fundamental bacarıqlar formalaşır və sonrakı təhsil üçün baza yaradır.

Nazir müəllim hazırlığı məsələsinə toxunarkən qeyd edib ki, təhsil sistemində qiymətləndirmə yalnız formal meyarlarla aparılmamalıdır. Onun sözlərinə görə, bəzi hallarda texnikum və ya kollec məzunu olan müəllimlər də yüksək nəticələr göstərə bilir və bu baxımdan fərdi yanaşma vacibdir.

"İbtidai təhsildə əsas məqsəd uşaqlarda oxu, anlama və riyazi düşünmə bacarıqlarının formalaşdırılmasıdır.  güclü baza olmadan sonrakı mərhələlərdə, o cümlədən hüquqi maarifləndirmə və digər istiqamətlərdə effektiv nəticə əldə etmək mümkün deyil. Əsas məsələ ondan ibarətdir ki, möhkəm fundament olmadan onun üzərində yeni biliklərin qurulması çətinləşir",- nazir vurğulayıb.

Aytac

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol