• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu məktəb "Son zəng"ə xüsusi hazırlaşır

Bakıda bu məktəb "Son zəng"ə xüsusi hazırlaşır
10.06.2026 17:03

Bakı şəhəri 249 nömrəli tam orta məktəbin rəsmi sosial şəbəkə hesabında “Son zəng”ə xüsusi hazırlıqla bağlı paylaşım edilib.

Paylaşımda qeyd olunub ki, 11-ci sinif şagirdləri “Son zəng həyəcanı” yaşayıb və onların sevincinə məktəbin direktoru da qoşulub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyunun 13-də keçirilməlidir.
Agentliyin məlumatına görə, tədbir məktəbin həyətyanı sahəsində, belə imkan olmadıqda isə idman və ya akt zalında təşkil olunmalı, saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü isə intizam qaydalarına uyğun və səliqəli olmalıdır.

Təlimatda həmçinin bayağı musiqilərin səsləndirilməməsi, tədbirin Dövlət Himni ilə başlaması, şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, rəsmi və bədii hissənin milli-mənəvi dəyərlərə uyğun hazırlanması tələb olunur.

Məktəbin paylaşımında isə  bildirilib:

“Rənglərlə, gülüşlərlə və xoş emosiyalarla yadda qalan bu gün məzunlarımız üçün unudulmaz xatirələrə çevrildi...”,- paylaşımda deyilir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib.

249 nömrəli tam orta məktəbin direktoru Kəmalə Şıxlınskıyadır

.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol