• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
10.06.2026 18:30

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş qətimkan tədbirlərinin müddəti uzadılıb.

"Report" xəbər verir ki, bununla bağlı qərarlar iyunun 10-da Səbail Rayon Məhkəməsində keçirilən iclaslarda qəbul edilib.

Məhkəmə Əli Kərimli və Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 5 ay uzadıb.

Həmçinin məhkəmə istintaq orqanının vəsatətini təmin edərək Ramiz Mehdiyev barəsində tətbiq edilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay artırıb.

Bundan başqa, Prezident Administrasiyasının keçmiş əməkdaşı və AMEA katibliyinin sabiq rəisi Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti də 5 ay uzadılıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol