• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan aqrar sektorda yeni qanunvericilik islahatları hazırlayır – nazir

Azərbaycan aqrar sektorda yeni qanunvericilik islahatları hazırlayır – nazir
11.06.2026 14:18

Azərbaycan hökuməti kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində hüquqi bazanın yenilənməsi, torpaq istifadəsinin səmərəliliyinin artırılması və fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə bir sıra yeni qanunvericilik təşəbbüsləri hazırlayır. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə çıxışı zamanı deyib.

O bildirib ki, tədbirlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulub.

Nazirin sözlərinə görə, aqrar sektorda qanunvericiliyin sistemləşdirilməsi məqsədilə yeni “Aqrar sahə haqqında” qanun hazırlanacaq.

“Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaq”, – Məmmədov deyib.

Nazir bildirib ki, balıqçılıq və akvakultura sahəsində də islahatlar planlaşdırılır. Hazırda qüvvədə olan və 1998-ci ildə qəbul edilmiş qanunun yenilənməsi nəzərdə tutulur. Yeni qanun çərçivəsində qeydiyyat və uçot sistemlərinin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi və qanunsuz balıq ovuna nəzarətin gücləndirilməsi planlaşdırılır.

Bitkiçilik sektorunda isə “Toxumçuluq haqqında” qanunun beynəlxalq standartlara uyğun yenilənməsi nəzərdə tutulur. İslahatlar sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, toxum istehsalında özəl sektorun iştirakının artırılması və keyfiyyətsiz toxum dövriyyəsinə nəzarətin gücləndirilməsini əhatə edəcək.

Dövlət Proqramında torpaq ehtiyatlarından daha səmərəli istifadə də əsas prioritetlərdən biri kimi müəyyən edilib. Hökumət kənd təsərrüfatı torpaqlarının həddindən artıq parçalanmasının qarşısını almaq və torpaq konsolidasiyası mexanizmlərini tətbiq etmək üçün qanunvericilik dəyişiklikləri hazırlayır.

Məmmədovun sözlərinə görə, fermerlərin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni “Məhsul şəhadətnaməsi haqqında” qanunun qəbulu da nəzərdə tutulur.

“Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək”, – nazir bildirib.

Nazirin sözlərinə görə, bu alət fermerlərin dövriyyə kapitalına çıxışını asanlaşdırmalı, maliyyə institutları ilə əlaqələri gücləndirməli və aqrar sektora investisiya imkanlarını artırmalıdır.

Azərbaycan son illərdə kənd təsərrüfatının iqtisadiyyatın şaxələndirilməsində rolunun artırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Sektor qeyri-neft iqtisadiyyatının mühüm hissəsini təşkil edir və məşğulluğun əhəmiyyətli hissəsini təmin edir.


Hökumət məhsuldarlığın artırılması, su və torpaq ehtiyatlarından daha səmərəli istifadə, kənd təsərrüfatında rəqəmsallaşma və ixrac potensialının genişləndirilməsi məqsədilə yeni islahatlar həyata keçirir. 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı bu sahədə əsas strateji sənəd hesab olunur.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol