• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan taxıl saxlama gücünü artıracaq

Azərbaycan taxıl saxlama gücünü artıracaq
11.06.2026 14:42

Azərbaycan hökuməti 2030-cu ilədək taxıl saxlama infrastrukturunun genişləndirilməsi, heyvandarlıq məhsulları istehsalının artırılması və aqrar emal sənayesinin inkişafı üçün yeni dəstək mexanizmləri tətbiq etməyi planlaşdırır. Bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisdə çıxışı zamanı deyib. 

Hüseynov bildirib ki, ölkədə silo anbarlarının ümumi tutumunun hazırkı 1,9 milyon tondan 2,05 milyon tona, soyuducu anbarların tutumunun isə 400 min tondan 500 min tona çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu məqsədlə anbar avadanlıqlarının alınmasına güzəştlər və güzəştli kredit mexanizmləri tətbiq ediləcək.

Hüseynov bildirib ki, Dövlət Proqramı çərçivəsində kiçik və butik tipli şərabçılıq təsərrüfatlarının inkişafı da prioritet istiqamətlərdən biridir.

“Hazırda fəaliyyət göstərən beş butik şərabçılıq təsərrüfatının sayının 20-yə çatdırılması hədəflənir”, – o deyib.

Bu məqsədlə yeni üzüm bağlarının salınmasına və istehsal avadanlıqlarının alınmasına dövlət dəstəyinin göstərilməsi planlaşdırılır.
 

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol