• $
  • €
  • ₽
  • ₺
  • £

2026-cı ildə 1,56 milyon hektar torpaq sahəsinin suvarılması planlaşdırılır

2026-cı ildə 1,56 milyon hektar torpaq sahəsinin suvarılması planlaşdırılır
11.06.2026 15:17

Son illərdə ölkədə yeni su ehtiyatlarının yaradılması, mövcud infrastrukturun yenilənməsi, su itkilərinin azaldılması və sudan qənaətli istifadənin təmin edilməsi istiqamətində ardıcıl işlər görülür. Bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov Milli Məclisdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son 20 ildə ümumi tutumu 577 milyon kubmetr olan beş yeni su anbarı tikilib, 37 milyon kubmetr tutuma malik beş su anbarı isə əsaslı təmir olunub. Bununla yanaşı, suvarma kanalları, kollektor-drenaj şəbəkələri və boru xətləri yenilənib, minlərlə yeni suvarma quyusu qazılıb.


Sədr müavini bildirib ki,son dövrdə Zabux su anbarı istifadəyə verilib, bir sıra su anbarları və su qovşaqları əsaslı təmir olunub. Yeni magistral suvarma xətti vasitəsilə Qubadlı və Zəngilan rayonlarında ümumilikdə 12 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb.


Bayramovun sözlərinə görə, hazırda icra olunan ən mühüm layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir. Uzunluğu 304,15 kilometr olacaq kanal təxminən 228 min hektar torpaq sahəsinin suvarılmasına xidmət edəcək.

Layihə nəticəsində 112 min hektar mövcud sahənin su təminatı yaxşılaşacaq, 106 min hektar yeni torpaq sahəsi isə əkin dövriyyəsinə cəlb olunacaq.


O bildirib ki, 2026-cı ildə 1 milyon 565 min 360 hektar torpaq sahəsinin suvarılması proqnozlaşdırılır.

Bunun üçün 6,8 milyard kubmetr su təminatının ayrılması planlaşdırılır. Bu həcmin 52 faizi dənli və yem bitkilərinin, 48 faizi isə pambıqçılıq, bostançılıq və digər kənd təsərrüfatı sahələrinin su tələbatına yönəldiləcək.


Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol