• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat - mexanizmlər işləməsə, qiymətlər qalxacaq

Deputat - mexanizmlər işləməsə, qiymətlər qalxacaq
11.06.2026 15:59

Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün sığorta mexanizmləri işlək vəziyyətə gətirilməli və fermerlər üçün əlçatan maliyyə rejimi yaradılmalıdır. Bunu deputat Əli Məsimli bildirib. 


Deputatın sözlərinə görə, kənd təsərrüfatında risklərin qarşılanması üçün sığorta mexanizmlərinin gücləndirilməsi vacibdir.

“Bu mexanizmlər işləməsə, həm kəndlilərə böyük zərbə dəyəcək, həm də qiymətlər qalxacaq. Makroiqtisadi baxımdan kənd təsərrüfatının əsas missiyalarından biri inflyasiyanın aşağı salınmasına təsir göstərməkdir”, - Əli Məsimli deyib.


O qeyd edib ki, Azərbaycanın aqrar sahədə potensialı hazırkı 10,2 milyon əhalini deyil, bundan üç dəfə artıq əhalini ərzaqla təmin etməyə imkan verir.


Deputat bildirib ki, bu potensialdan orta səviyyədə istifadə olunsa, Azərbaycan nəinki daxili tələbatı ödəyə bilər, həm də aqrar-sənaye məhsulları üzrə 5-6 milyard dollarlıq ixrac imkanına malik olar.

Əli Məsimli xüsusi aqrar-sənaye bankının yaradılmasını da vacib hesab edir.

“Azərbaycanda xüsusi aqrar-sənaye bankının yaradılması və əlçatan faizlərlə kreditlərin verilməsi çox vacibdir. Torpağa bağlı insan kreditdən sui-istifadə etməz. O, krediti təsərrüfatının inkişafına, ailəsini dolandırmağa və kəndin inkişafına yönəldəcək”, - deputat vurğulayıb.

Gülnar nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol