• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcə xərclərinin 6,8 faiz az icrası risk yarada bilər - komitə sədri

Büdcə xərclərinin 6,8 faiz az icrası risk yarada bilər - komitə sədri
12.06.2026 11:58

Dövlət maliyyəsinin idarə edilməsində aparılan islahatlar iqtisadi artımın və fiskal dayanıqlığın təmin olunmasına xidmət etməlidir. Bunu Milli Məclisin deputatı Azər Əmiraslanov 2025-ci ilin dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, dövlət büdcəsi xərclərinin proqnozlaşdırılan göstəricidən 6,8 faiz az icra olunması müəyyən risklər yarada bilər.

"Bəzi xərclərin optimallaşdırılması və dövlət investisiyalarının daha az maliyyələşdirilməsi bir tərəfdən sərmayə layihələrinin və proqramların icra tempini aşağı sala, digər tərəfdən isə fiskal stimulların iqtisadi artıma və iqtisadi fəallığa təsirini zəiflədə bilər", - Azər Əmiraslanov bildirib.

Onun sözlərinə görə, təsdiq edilmiş büdcə kəsiri əvəzinə profisitin yaranması fiskal sabitlik və ehtiyatlı maliyyə idarəçiliyinin göstəricisi olsa da, bu hal büdcə proqnozlaşdırılması və xərclərin planlaşdırılması mexanizmlərinin daha da təkmilləşdirilməsini zəruri edir.

Deputat vurğulayıb ki, 2025-ci ildə qlobal geosiyasi gərginlik, enerji bazarlarındakı dəyişkənlik, dünya ticarətində zəifləmə və maliyyə bazarlarındakı risklərin artması Azərbaycanın makroiqtisadi sabitliyinin qorunmasını və fiskal dayanıqlığın təmin edilməsini daha da aktuallaşdırır.

Azər Əmiraslanov bildirib ki, dövlət borcunun həcmi təhlükəsizlik meyarlarına uyğun olsa da, borca xidmət xərclərinin sürətlə artması gələcəkdə büdcə üçün əlavə fiskal yük yarada bilər.

Deputatın sözlərinə görə, Azərbaycanın daxili resurslar hesabına maliyyələşdirdiyi iri infrastruktur layihələri, kənd təsərrüfatının inkişafı proqramları və nəqliyyat-logistika layihələri uzunmüddətli perspektivdə böyük maliyyə vəsaitləri tələb edir.

O hesab edir ki, büdcə siyasəti yalnız fiskal çərçivə kimi deyil, həm də iqtisadi inkişafın və sahibkarlıq fəallığının dəstəklənməsi üçün kompleks iqtisadi siyasət aləti kimi nəzərdən keçirilməlidir.

"Uzunmüddətli fiskal dayanıqlığa yalnız xərclərin optimallaşdırılması ilə nail olmaq mümkün deyil. Bunun üçün yeni iqtisadi artım modelinə keçilməsi, qeyri-neft iqtisadiyyatının və qeyri-neft ixracının hesabına büdcə gəlirlərinin artırılması tələb olunur", - deputat vurğulayıb.

Azər Əmiraslanov Prezident İlham Əliyevin "iqtisadi artım olmadan yalnız büdcə xərcləri hesabına sosial məsələlərin həllinin çətin olduğu" barədə fikrini xatırladaraq bildirib ki, qarşıdakı dövrdə büdcə siyasətinin iqtisadi islahatlar və struktur dəyişiklikləri ilə uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Deputat əlavə edib ki, nəticəəsaslı maliyyələşdirmə prinsiplərinin tətbiqi çərçivəsində ortamüddətli xərclər çərçivəsinin əhatə dairəsi genişləndirilməli, həmçinin büdcə xərclərinin az icra olunması ilə bağlı qənaət, ixtisar və optimallaşdırma tədbirləri barədə gələcəkdə daha ətraflı və təsdiqlənmiş məlumatlar təqdim edilməlidir.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol