• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: provayderlər əlaqə mərkəzi yaratmalıdır

Deputat: provayderlər əlaqə mərkəzi yaratmalıdır
12.06.2026 14:20

Azərbaycanda internet platformaları və xidmət provayderləri uşaqların fiziki və psixi sağlamlığına zərər vuran, asılılıq yaradan və ya onların təhlükəsizliyini təhdid edən məzmunların qarşısının alınmasına görə daha ciddi öhdəliklər daşıyacaqlar. Bunu Milli Məclisdə müvafiq qanun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev bildirib.

Deputat qeyd edib ki, qanunvericilik dəyişiklikləri uşaqların hüquqlarının və təhlükəsizliyinin daha effektiv qorunmasına yönəlib.

“Qanun layihəsində uşaqların fiziki və psixi sağlamlığına zərər vuran, asılılıq yaradan, onların təhlükəsizliyinə və normal inkişafına mənfi təsir göstərən məzmunlarla bağlı konkret tədbirlər nəzərdə tutulur”, – Quliyev deyib.

Onun sözlərinə görə, internet platformaları və provayderlər belə məzmunlar aşkar edildikdə operativ tədbirlər görməli olacaqlar.

“Əgər müəyyən qanunsuz və ya zərərli məzmunlar aşkarlanarsa, provayderlər onların qarşısının alınması üçün müvafiq addımlar atmalıdırlar”, – deputat bildirib.

Quliyev qeyd edib ki, yeni tələblərə əsasən, platformalar və provayderlər hər il yanvarın 15-dək görülən tədbirlərlə bağlı aidiyyəti dövlət qurumlarına hesabat təqdim etməli olacaqlar.

“Bu mexanizm dövlət qurumlarına vəziyyəti qiymətləndirməyə və görülən işlərə nəzarət etməyə imkan verəcək”, – o vurğulayıb.

Deputat bildirib ki, qanun layihəsi provayderlərin hüquqi məsuliyyətini də daha aydın şəkildə müəyyənləşdirir.

“Platformalar və provayderlər müvafiq qaydada qeydiyyatdan keçməli, dövlət qurumları ilə operativ əlaqə üçün məsul əlaqə mərkəzi yaratmalıdırlar. Bu, beynəlxalq praktikada geniş tətbiq olunan yanaşmadır”, – Quliyev deyib.

Onun sözlərinə görə, tələblərin yerinə yetirilməməsi halında mərhələli sanksiyalar tətbiq ediləcək.

“Əvvəlcə xəbərdarlıq, daha sonra cərimələr, reklam fəaliyyətinin məhdudlaşdırılması və sonrakı mərhələlərdə digər tədbirlər nəzərdə tutulur”, – deputat bildirib.

Quliyev əlavə edib ki, qanunun qüvvəyə minməsindən sonra platformaların yeni tələblərə uyğunlaşması üçün keçid müddəti də müəyyənləşdirilir.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol