Ağdamda avtomobil çaya aşıb

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisindən keçən Xaçınçay çayında qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq çaya aşıb.
Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Avtomobilin çaydan çıxarılması istiqamətində tədbirlər görülüb.
Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























