• $
  • €
  • ₽
  • ₺
  • £

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
13.06.2026 11:00

İyunun 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9, Qubada 8, Şahdağda 7, Qubadlı, Laçında 6, Zaqatala, Goranboyda 4, Naxçıvan, Sədərək, Göygöl, Tərtər, Beyləqanda 3, Gədəbəy, Qusar, Şəki, Xaçmaz, Yevlax, Biləsuvarda 2, Gəncə, Şəmkir, Balakən, Qəbələ, İsmayıllı, Bərdə, Göyçay, Zərdab, Ağstafa, Kürdəmir, İmişli, Sabirabad, Neftçala, Ağdam, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb. Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan və Daşkəsəndə 18 m/s-yə çatıb.

Qeyd olunub ki, iyunun 12-də saat 15:12 radələrində Qazax rayonunun bəzi kəndlərinə, saat 16:22 radələrində Tovuz rayonuna, saat 17:30 radələrində Daşkəsən rayonunun Qaraqollar kəndinə diametri 15-20 mm, eyni zamanda rayonun Alaxançallı, Çanaqçı, Şahkərəm kəndlərinə, saat 18:47-18:51 radələrində Tərtər rayonunun Qaraqoyunlu kəndinə diametri 10 mm, saat 20:30 radələrində Kəlbəcərə, saat 21:48-21:55 radələrində Laçın rayonunun Sus kəndinə diametri 10-12 mm, saat 23:30-23:39 radələrində Zəngilan rayonunun Məmmədbəyli kəndinə diametri 12-15 mm olan dolu düşüb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol