• $
  • €
  • ₽
  • ₺
  • £

“Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb - DİN

“Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb - DİN
14.06.2026 00:07

Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri zamanı ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin olunub.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, tədbirlərlə əlaqədar əvvəlcədən hazırlanmış təhlükəsizlik planına uyğun olaraq paytaxt və regionlarda polis naryadlarının sayı artırılıb, məktəblərin ətrafında və məzunların kütləvi toplandığı ərazilərdə xidmət gücləndirilmiş rejimdə təşkil edilib.

DİN qeyd edib ki, polis əməkdaşları yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, dayanma və durma qaydalarına nəzarət, eləcə də məzunların və digər vətəndaşların rahat hərəkətinin təşkili istiqamətində tədbirlər görüblər. Həmçinin sürücülük hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsinin qarşısının alınması məqsədilə profilaktik nəzarət həyata keçirilib.

Nazirliyin məlumatına əsasən, görülən tədbirlər nəticəsində "Son zəng" günü keçirilən mərasimlər zamanı ictimai asayişin pozulması və digər ciddi hüquqazidd hallara yol verilməyib.

DİN ictimai təhlükəsizliyin təmin olunmasına göstərilən dəstəyə və qanunvericiliyin tələblərinə əməl olunmasına görə valideynlərə, təhsil ictimaiyyətinə və vətəndaşlara təşəkkür edib.

Nazirlik eyni zamanda məzunları "Son zəng" münasibətilə təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol